ABŞ-da Trampa qarşı etirazlar başlayıb | VİDEO

   ABŞ-da Trampa qarşı etirazlar başlayıb    | VİDEO
  06 Aprel 2025    Oxunub:617
ABŞ-nin müxtəlif şəhərlərində Trampın siyasətinə qarşı 1200-ə yaxın mitinq keçirilib. Aksiyalar “Demokratiyadan əl çək!” şüarı ilə təşkil olunur.
"Reuters"in məlumatına görə, nümayişçilər ABŞ-nin xarici və daxili siyasətindəki genişmiqyaslı dəyişikliklərdən narazılıqlarını ifadə edirlər.



Bundan sonra 50 ştatın hamısında, eləcə də Kanada, Almaniya, Meksika və digər ölkələrdə də analoji aksiyaların davam etdirilməsi planlaşdırılır.


Ən böyük mitinqlərdən birinin Vaşinqtondakı Milli Meydanda baş tutacağı gözlənilir.


Aksiyada iştirak etmək üçün 150-yə yaxın fəallar qrupu qeydiyyatdan keçib.

Məhəmmədəli Həsənli
AzVision.az


Teqlər: ABŞ  





Xəbər lenti